
Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
Bizim.Media xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
Kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək ona od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanalya yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.