İmişlidə Araz çayının sahilində kişi meyiti tapıldı
Cəmiyyət
İmişlidə şəhər sakini, 1958-ci il təvəllüdlü Zeynalov Hasil Daxil oğlunun meyiti tapılıb. Senzor.az bildirir ki, meyit şəhər ərazisindən keçən Araz çayının sahilində aşkar edilib.
Hansı səbəbdən öldüyü bilinməyən mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.