“Vosmoy bazarı”nda kimlərə və niyə satış qadağası qoyulub?
VİDEO

Xalq arasında “Vosmoy bazarı” kimi tanınan “8-ci kilometr bazarı”nda çalışan ticarətçilər illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmalarına görə narazılıq edirlər.

 

Ticarətçilər Baku TV-yə 20-25 ildir məhz bu ərazidə satışla məşğul olduqlarını bildiriblər.

 

Lakin son vaxtlar onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satıcılar iş yerlərinin bağlanmasına etiraz edərək, alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər: “Hərəmizin bir qənd torbası malımız var. Onunla gedib harada yer götürək işləyək?  Bir damcı yerin bərpasını istəyirik. Qutumuzu qoyub lal-kar çörəyimizi qazanaq”.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib. O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

 

Bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

 

Ətraflı videosüjetdə:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.