Gecələr söyüş, səs-küy: BAKIDA QALMAQALLI KAFE –
VİDEO

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən qanunsuz kafe ilə bağlı şikayətçi olublar. Sakinlərin bildirdiklərinə görə, obyekt ictimai asayişi pozur və məhəllədə yaşayan uşaqlar üçün yararsız mühit yaradır.

 

Baku TV-nin videomaterialında belə deyilir.

 

Sakinlər bildirirlər ki, kafeyə gəlib-gedənlər gecə saatlarında səs-küy salırlar, bu isə ətrafda yaşayan insanları narahat edir.

 

Qonaqların söyüş söymələri və nalayiq davranışları məhəllə sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır.

 

Məhəllədə yaşayan sakinlər obyektin birbaşa yaşayış evinin içərisində fəaliyyət göstərməsini tənqid edirlər.

 

Məsələ ilə bağlı kafe sahibi ilə söhbət zamanı o, şikayətləri rədd edib və jurnalistə kəskin reaksiya göstərərək: "O kadrı silin, kafeni bağlayıram" ifadəsini işlədib. O, heç bir qayda pozuntusuna yol vermədiyini iddia edib.

 

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan verilən məlumata görə, sözügedən kafenin artıq bağlandığı bildirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.