Rövşən Nəcəfin qohumu olduğunu deyib...
SOCAR-a AİD TORPAĞI SATMAQ İSTƏDİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan 12 sot torpaq sahəsini almaq istəyən iş adamı 31 min manat pulundan olub.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dələduzluq əməli ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Təqsirləndirilən şəxslər-Səmədov Emil Nadir oğlu və Abasov Rövşən Ziyafət oğlu “Azərbaycan Dövlət Neft Şirkəti”nin balansında olan Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini Elşən Quliyevin adına özəlləşdirə biləcəkləri barədə yalan vəd veriblər. Bu işin həlli üçün isə zərərçəkmiş şəxsdən 31 min manat pul alıblar.

 

Məhkəmədə Emil Səmədov cinayət əməlinə görə özünü qismən təqsirli bilib. Emil ifadəsində Elşən Quliyevi Rövşən vasitəsilə tanıdığını deyib.

 

Rövşən ona torpaq özəlləşdirmə ilə bağlı kömək lazım olduğunu bildirib. O da SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsilə bu işi həll edə biləcəyini deyib. Emil zərərçəkmişdən aldığı 31 min manatın 1000 manatını Rövşənə verdiyini, qalanını isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.

 

Rövşən Abasov isə bu cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Emilin həqiqətən də yüksək vəzifədə işləyən tanışlarının olduğuna inanıb. Hətta Emil zərərçəkmişə onu sənədləşmə üçün Azərbaycan Dövlət Neft Şirkətinə çağıracaqlarını deyib.

 

Zərərçəkmiş şəxs özü də məhkəmədə ifadə verib. Elşən Quliyevin sözlərinə görə, Rövşən ona Azərbaycan Dövlət Neft Şirkətinin direktoru Rövşən Nəcəfin qohumu olduğunu deyib. Xüsusilə buna görə onun sözlərinə inanıb. Təqsirləndirilən şəxs isə bu məsələ ilə bağlı düz danışdığını əlavə edib. O, həqiqətən də Rövşən Nəcəfin qohumu olduğunu, lakin direktorun bu işə aidiyyəti olmadığını qeyd edib.

 

İstintaq müddətində Rövşən Abasov ona çatan 1000 manatı zərərçəkmişə geri ödəyib. Emil isə 30 min manatdan cəmi 8 min manat qaytara bilib.

 

Yekunda təqsirləndirilən şəxslərin hər ikisi xeyli miqdarda dələduzluqda təqsirli bilinib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Emil Səmədova 2 il həbs cəzası verilib. Rövşən Abasov isə 5 min manat cərimə cəzasına məhkum edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.