
Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini, 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Senzor.az bildirir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.