
Xalq artisti Tofiq Bakıxanov dəfn olunub.
Senzor.az bildirir ki, mərhumun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb(Bax: https://www.youtube.com/shorts/hHmmXY5t53g).
**12:43
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra mərhumun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılır.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.
















