Putinin keçmiş kürəkəninin Fransadakı villasına Ukrayna bayrağı sancıldı
VİDEO/FOTO
Cəmiyyət
Fransanın Bask bölgəsində “sarı jiletlilər”in liderlərindən olan Pyer Haffnerin də aralarında olduğu xeyli insan Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın keçmiş həyat yoldaşı Kirill Şamalovun villasına basqın edib.
“Qafqazinfo” xəbər verir ki, Şamalovun evinə basqın edənlər villadan Ukrayna bayrağı asıblar. Onlar malikanəni ukraynalı qaçqaınlar üçün ayırmağa cəhd ediblər.