
“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, əməliyyat zamanı 22 nəfər saxlanılıb.
Həmin şəxslərin 17-si külli miqdarda narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.
İstintaqla onların sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib.
Qeyd edək ki, bu cinayətə görə 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulur.