Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyə edildi - RƏSMİ
Ukraynanın Xarkov vilayətində güllə yarası almış Azərbaycan vətəndaşı, TIR sürücüsü Samir Tahirov Seydulla oğlu Moldovaya təxliyə olunub.
 
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.
 
"Samir Tahirov Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərindəki Fəxri Konsulluğu tərəfindən həmvətənimizin müalicə prosessini diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsinə Xarkov şəhərində başlanılıb və burada davam etdirilib", - konsulluqdan bildirilib.
 
İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov "Report"a bildirib ki, Samir Tahirov və bir neçə sürücü öz çalışdığı şirkətin maliyyə və Konqresin təşkilati dəstəyi ilə təxliyə olunub. Onlar təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyə ediliblər.
 
Qeyd edək ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin Fəxri Konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.