
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini Y.Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi götürülüb.