Rusiyada “şəkər döyüşləri” geridə qaldı: insanlar artıq sabun üstündə dava edirlər
VİDEO
Cəmiyyət
Ukraynada başladılan genişmiqyaslı hərbi əməliyyatlar Rusiya sakinlərinin də təşvişə düşməsinə səbəb olub. Belə ki, onlar mağazalara axışaraq kütləvi ərzaq alışı həyata keçirirlər. Sosial şəbəkələrdə bununla bağlı mütəmadi olaraq çoxsaylı görüntülər paylaşılır.
İnsayder UA-nın yaydığı son kadrlarda isə sakinlərin artıq ərzaq deyil, sabun üstündə dava saldıqları görünür. Görüntülər Kemerovodandır.
Xatırladaq ki, bir müddət əvvəl sakinlərin kütləvi surətdə şəkər tozu almaları ilə bağlı videolar yayılmışdı.