
Senzor.az bildirir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman oradakı cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram olan heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.