
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 min 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 min 889 nəfər müalicə olunaraq sağalıb, 9 mın 692 nəfər vəfat edib. Aktiv xəstə sayı 351 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 489, bu günə qədər isə ümumilikdə 6 milyon 701 min 673 test icra olunub.