"Azərsu" ASC-nin əməkdaşını tüfənglə təhdid edən şəxs tutuldu - YENİLƏNİB
"Azərsu" ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edən Zülfüqar Mehdiyev tutulub.
 
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb: “Hazırda istintaq hərəkətləri davam edir. Əməldə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub”.
 
Qeyd edək ki, hadisə 28 May qəsəbəsində qeydə alınıb.
 
Belə ki, qəsəbənin Paralellər adlanan küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Z.Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.
 
**17:28

"Azərsu" ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları odlu silahla təhdid edilib.
 
Senzor.az bildirir ki, bu barədə qurumdan məlumat verilib.
 
Məlumata görə, hadisə 28 may qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Paralellər adlanan küçəsində su idarəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Zülfüqar Mehdiyevə məxsus fərdi yaşayış evinin həyətində su çəninin dolub daşdığı, israfçılığa yol verildiyi, ev sahibinin isə buna heç bir reaksiya vermədiyini görüblər. Su israfının qarşısını almaq məqsədilə mənzil sahibindən tədbir görülməsini xahiş edən əməkdaşlar fərdi yaşayış evinin su təchizatı sisteminə baxış keçirmək istədikdə vətəndaşın kobud rəftarı və təhqirləri ilə üzləşiblər. Sonra Z.Mehdiyev odlu silahla (ov tüfəngi) idarənin əməkdaşlarını təhdid edib, ardınca hüquq-mühafizə orqanlarına müraciət edərək təzyiqlərə məruz qalması barədə yalan məlumatlar verib.
 
Hadisə ilə əlaqədar “Abşeron Sukanal” İdarəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. Əraziyə gələn daxili işlər orqanlarının əməkdaşları Z.Mehdiyevi və idarənin əməkdaşlarını araşdırma aparılması üçün polis bölməsinə dəvət ediblər.
 
"Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Bununla bağlı mütəmadi maarifləndirmə tədbirləri aparılır, fərdi su xətlərində və çənlərində axıntı olan abunəçilərdən nasazlıqların aradan qaldırılması tələb olunur, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür. Abonentlər su israfının qarşısının alınması məqsədilə xəbərdarlıq və tövsiyələri anlayışla qarşılamalı, bu işi yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar etməməlidirlər. Xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə səhmdar cəmiyyəti bəyan edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.