
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də aparılan araşdırmalar zamanı E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açıldığı və hal-hazırda axtarışda olduğu da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.