Göyçayda “E-manat”dan 32 min manat oğurladılar və... BAKIDA EV KİRAYƏLƏDİLƏR
FOTO
Göyçay şəhərində “E-manat”ın kassasından 32  000 manat oğurlanıb.
 
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar.
 
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, rayon sakinləri - Nizam Nuruyev, Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər.
 
Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.
 
Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək orada özlərinə ev kirayələyiblər. Onlar əldə etdikləri pulun bir hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə motosiklet də alıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.