Bakıda restoranda arvadını döyən polis işdən çıxarılıb
TƏFƏRRÜAT
Şadlıq evinin həyətində arvadını döyən polis işdən çıxarılaraq cəzalandırılıb.
 
“Kriminalqafqaz”ın məlumatına görə, hadisə 30 dekabr 2021-ci ildə “Altun Saray” restoranında baş verib. Belə ki, DİN-in tərkibindəki Alayın Xüsusi təyinatlı bölüyünün polis nəfəri Pərviz Sultanov (soyad şərtidir) həyat yoldaşı Günel Sultanovanı (ad-soyad şərtidir) döyərək burnunu sındırıb.
 
Məhkəmədə ifadə verən təqsirləndirilən Pərviz bildirib ki, Günel ona yalan danışdığı üçün əsəbiləşib və vurub. Məqsədi ona xəsarət yetirmək olmayıb: “Biz Günellə uzaq qohumuq. İki il onunla sevgili olandan sonra nişanlandıq və rəsmi nikaha girdik. Lakin daha sonra pandemiya səbəbi ilə toy edə bilmədik. Rəsmi evli olsaq da, birlikdə yaşamırdıq. Hadisədən bir neçə gün əvvəl Günel mənə dedi ki, iş yoldaşları ilə “Altun Saray”da tədbir keçirəcəklər. Ona icazə verdim və dedim ki, saat 21:30-da çıxarsan, özüm gəlib aparacam. O da razılaşdı.
 
Dediyim saatda mən şadlıq sarayının həyətində olsam da, o çıxmadı. Pəncərədən baxarkən gördüm ki, içəridə yad adamlar da var. Amma Günel mənə demişdi ki, sadəcə öz iş yoldaşları olacaq. Ona zəng edib çıxmasını desəm də, 25-30 dəqiqə sonra çıxdı. Dəfələrlə zəng etdiyim halda hansı səbəbdən telefonu açmadığını soruşanda dedi ki, səs-küydən eşitməyib. Məni çoxdan çöldə gözlədiyini dedi. Günelin yalan danışmağı məni daha da əsəbiləşdirdi. Əlimlə onun üzünə vurdum. Taksiyə minərək onu evlərinə apardım. Daha sonra eşitdim ki, məndən şikayətçi olub. Barışmağa cəhd etsəm də, alınmadı”.
 
Günel Sultanova məhkəmədə verdiyi ifadədə bildirib ki, tədbirdə iştirak etmək üçün bir həftə əvvəldən Pərvizdən icazə alıb və o da razılaşıb: “Getməyimə icazə verdi və dedi ki, saat 22:00-da məni götürəcək. İş yoldaşlarımla sağollaşıb çölə çıxanda gördüm ki, Pərviz əsəbidir. Sonra qolumdan tutub itələyərək məni şadlıq sarayının arxasına apardı. Nalayiq söyüşlər söyərək üzümə və başıma şillələr vurdu. Üzümdə və burnumda şiddətli ağrılar hiss etdim. Sonra məni taksiyə mindirərək evimizə gətirdi. 10 manat da məndən taksi pulu aldı. Evə gələndən sonra valideynlərimlə də mübahisə etdi. “Əcəb edib döymüşəm” dedi. O, daha öncə də dəfələrlə məni döyüb təhqir etmişdi. Axırıncı davranışından sonra ondan şikayətçi olmaq və nikahı pozmaq qərarına gəldim”.
 
Pərviz Sultanovla bağlı şikayət Nizami Rayon Məhkəməsində araşdırılıb. 2022-ci il yanvarın 6-da o, işdən azad edilib. Məhkəmənin hökmü ilə P.Sultanova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddətdə o daimi yaşayış yerini tərk etməməli və onun harada olmasına nəzarət edən elektron qolbaq taxmalıdır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.