Sumqayıtda “parkovşik”i təpikləyən qadının kimliyi bilindi - VİDEO
Xəbər verildiyi kimi, Sumqayıtda parklanma nəzarətçisi - “parkovşik” qadın sürücünün hücumuna məruz qalıb.  
 
Senzor.az xatırladır ki, hadisə Sumqayıtdakı “Karvan” ticarət mərkəzinin yanında baş verib. “Mitsubishi Outlander” markalı avtomobildən düşən qadın sürücü naməlum səbəbdən ərazidə çalışan “parkovşik”i təpikləyib.
 
Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
 
Bundan sonra Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, qadının şəxsiyyəti artıq müəyyənləşdirilib: “Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub. O, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb”.
 
“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən qadın Sumqayıt şəhər sakini Günay Dayanovadır. O, Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant işləyir, ailəlidir və iki uşaq anasıdır.
 
Qadın sürücünün hücumuna məruz qalan parklanma xidməti əməkdaşı isə ərazidə “İbiş” ləqəbi ilə tanınan İbrahim Cabbarovdur. Onun nitq qüsurlu olduğu bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.