Şəmkirdə sürücülərin manevr davası ölümlə bitdi - YENİLƏNİB
Şəmkirdə sürücülərin ölümlə nəticələnən mübahisəsi ilə bağlı cinayət işi açılıb.
 
Senzor.az bildirir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.
 
Bildirilib ki, aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Aparılan araşdırmalarla Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə istintaq davam edir.
 
**22:41(08.04.2022)

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonundakı Qədimqala kəndi ərazisindən keçən hissəsində iki sürücü arasında düşən mübahisədə biri digərini qətlə yetirib.
 
"Report"un məlumatına görə, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi "TIR" tipli yük maşını ilə hərəkətdə olarkən, Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobillə ötmə əməliyyatı aparıb və bu zaman qəza şəraiti yaranıb.
 
Sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birilərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib.
 
Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib.
 
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.