
Senzor.az bildirir ki, hadisə zamanı ağır xəsarət alan Ayxan Feyzulladə adlı şəxs dünyasını dəyişib.
Müvafiq qurumlar faktı təsdiqləyiblər. Bildirilib ki, 2001-ci il təvəllüdlü A.Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində keçinib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.
O, gecə klubunda ofisiant işləyirmiş.
Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.
Xatırladaq ki, aprelin 3-də saat 03 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da
1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını
dəyişib.
