Ukraynada həlak olan snayper Elnur Həsənov Goranboyda dəfn olunub.
Senzor.az xatırladır ki, Ukrayna-Rusiya müharibəsində iştirak edən 29 yaşlı Elnur Elşən oğlu Həsənov İrpen istiqamətində “Karpat Seçi” könüllü batalyonunun tərkibində döyüşüb. O, “Alik” ləqəbi ilə tanınıb. Martın 27-də paytaxt Kiyev yaxınlığında öldürülüb.
Ukraynada mərhumla təntənəli vida mərasimi keçirilib, mərasimdə Ukrayna dilində Azərbaycan himni səsləndirilib.
Qeyd edək ki, E.Həsənov Kəlbəcər rayonu, Cəmilli kəndinin qeydiyyatında olub, Goranboy rayonunun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşıb. Onun nəşi bu gün günorta saatlarında ölkəmizə gətirilib və ailəsinə təhvil verilib.
E.Həsənov həm də İkinci Qarabağ Müharibəsinin iştirakçısıydı, ailəli olub, iki övladı var.