Nərminin məhkəməsi: İlkin Süleymanovun keçmiş polis əməkdaşı olan əmisi oğlu dindirildi
3-CÜ DƏFƏ
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov üçüncü dəfə ifadə verib.O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb. 
M.Süleymanov keçən məhkəmə prosesində ifadəsində bildirmişdi ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanbayandır və o heç vaxt həmin otaqdan səs eşitməyib.
 
Bugünkü ifadəsində də bildirib ki, bununla bağlı hətta səs eksperti aparılıb: "İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Nərminin saxlanıldığı iddia edilən otaqdan mənim ifadəmdə də dediyim otağa səsin gəlib-gəlmədiyi yoxlanılıb. Onlar da orada danışılan zaman səsin eşidildiyini təsdiq ediblər. Daha sonda İstintaq zamanı meyitin tapıldığı ərazidə araba izi olub, buna görə kənd sakinlərinə məxsus arabaların təkər izi də yoxlanılıb. Lakin bütün bunlar barədə istintaq işində qeydlərə rast gəlinməyib. İlkini şöbəyə aparanda demişdilər ki, onu sadəcə şahid qismində saxlayıblar, lakin sonra bizə dedilər ki, İlkin günahkardır. Ancaq hansı əsaslara görə onu günahkar hesab edirlər, günü bu gün də sübut yoxdur".
 Hakimin qərarı ilə növbəti məhkəmə prosesi aprelin 12-nə təyin olunub.
 
"Report" xatırladır ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.