
Senzor.az bildirir ki, bu barədə "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.