
Musavat.com-un məlumatına görə, mərhumun özünün vəsiyyətinə və əzizlərinin iradəsinə uyğun olaraq nəşi İsveçdə torpağa tapşırılıb. Dəfndə Azərbaycandan gedən keçmiş hərəkatçılar – Müsavat partiyasının sabiq sədri İsa Qəmbər və keçmiş deputat Arzu Sənədbəyli də iştirak ediblər.

Xatırladaq ki, ömrünün son illərini İsveçin Yöteburq şəhərində keçirən Arif Rəhimoğlu vaxtilə eks-prezident Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyi təşkilatının sədr müavini olub. O, İsveçdə yaşadığı illərdə əsasən elmi yaradıcılıqla, ictimai fəaliyyətlə məşğul olub və heç zaman Ana Vətəni ilə ünsiyyəti kəsməyib.