
Senzor.az bildirir ki, paytaxtdakı ticarət mərkəzlərindən birində keçirilən görüşdə böyük izdiham yaşanıb.

Amma görüş zamanı izdihamla yanaşı, xoşagəlməz durum da yaşanıb. Belə ki, səhnədə olan şəxslər Hüseyn Həsənov üçün ora toplaşan fanatları qayışla vurublar. Sosial şəbəkədə bunu əks etdirən görüntülər də yer alıb.
Bloger izdihamdan mühafizəçilərin köməyi ilə uzaqlaşdırılıb.
Xatırladaq ki, bundan öncə də Hüseyn Azərbaycanda sevənləri ilə görüşəndə belə izdiham müşahidə olunmuşdu.