
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Aqil Musayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında Astara rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü N.Qənbərova şəxsi münasibətlər zəminində qardaşı - Astara rayonu Təngərüd kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.