Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Senzor.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il Ramazan ayının 18-ci günündən 19-cu gününə keçən gecə ilk Qədr gecəsidir.
Cədvələ əsasən növbəti Qədr gecələri aprelin 21-də (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq.
Xatırladaq ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Onu da qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.