
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 792 412 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 584 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.
Son 24 saatda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 522, ötən müddət ərzində isə ümumilikdə 6 780 926 test aparılıb.