Dünən Türkiyədə arvadını güllələyən Elvin 2017-ci ildə Qaxda həbs olunubmuş - ATASI VƏ BACISI İLƏ BİRLİKDƏ
FOTO
Türkiyədə boşanmaq üzrə olduğu arvadını güllələyərək qətlə yetirən 34 yaşlı Elvin Umayevlə bağlı yeni faktlar üzə çıxıb.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Balakən rayonu, Gərəkli kənd sakini olan E.Umayev 2017-ci ildə atası və bacısı ilə birlikdə Qaxda polisin keçirdiyi əməliyyatla tutulub. Belə ki, Elvin atası, 1962-ci il təvəllüdlü Əli Umayev və bacısı, 1985-ci il təvəllüdlü Pirdas Umayeva ilə birlikdə Qaxın Qorağan kəndindəki meşə sahəsində aqrotexniki qaydada narkotik tərkibli bitkilər yetişdirmək ittihamı ilə tutulub. Məlum olub ki, E. Umayev həmin vaxtdan 3 ay öncə o ərazidə çətənə kolları əkib. Bu müddət ərzində o, adıçəkilən ailə üzvləri ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib.
 
2017-ci ildən əvvəl də məhkumluq həyatı yaşayan Elvin sözügedən narkotik əməlinə görə həbs edilib. Bir neçə il həbsxanada qalaraq azadlığa çıxıb. Bundan sonra isə o, işləmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib və məlum hadisə baş verib. Bu həbs Elvinin üçüncü məhkumluğu olacaq. 
 
Qeyd edək ki, güllələnmə hadisəsi ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib. Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman Elvin üstündəki tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.