Kürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının qonaqlıqdan qayıdarkən qəzaya düşdükləri məlum olub.
“Qafqazinfo” xatırladır ki, Bakı-Qazax magistralının 204-cü kilometrliyində “Toyota RAV4” markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü - 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də istirahət məqsədilə Naftalana gediblər. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər və qonaqlıqda iştirak ediblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.
İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.
Senzor.az bildirir ki, bu arada həmin hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti də məlumat yayıb. Qeyd olunub ki, aprelin 23-də saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Bakı şəhər sakini Pərviz Qafarov idarə etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini olan həyat yoldaşı Afət Qafarova hadisə yerində həlak olublar.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.