Tanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb, xəsarət alan var.
Bakupost.az xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məlumata görə, A. Fatehlə F. Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.
Aprelin əvvəlindən F. Alıyev A. Fatehi restorana buraxmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.
Aprelin 17-də isə A. Fateh təhvil-təslim üçün restorana gedib.
Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A. Fateh bir neçə idmançı ilə restorana hücum çəkib, əllərindəki bıçaqla onları hədələyib, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız hətta zədələnib.
Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.
Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.
Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.