Allahşükür Paşazadə bayram namazında iştirak edə bilməyəcək - SƏBƏB?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Azərbaycan məscidlərində qılınacaq Ramazan bayramı namazında iştirak edə bilməyəcək.
 
Senzor.az bildirir ki, səbəb QMİ sədrinin mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəyi ilə bağlıdır.
 
Şeyx Avropa Şurasının 2 may tarixində «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcək.
 
Dinlərarası dialoqun təşviqi yönündə Avropa Şurasının bu konfransı Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır. Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlib.
 
Müxtəlif dinlərin tanınmış xadimlərinin qatılacağı konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam A. Paşazadə tədbirə İslam dünyasının yeganə təmsilçisi qismində dəvət alıb. Çıxışında Şeyxülislam A.Paşazadə müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.  

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.