
"Report”xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Fitnes müəllimi Əli Musayev səhər saatlarında ürəktutmadan yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da artıq gec olub. Onun keçindiyi məlum olub.
Mərhum Yasamal qəbiristanlığında dəfn edilib.


