
Senzor.az bildirir ki, DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda belə deyilir.
Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaqmalın Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.
Məhkəmənin qərarı əsasında Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həmin şəxsin evinə keçirilən baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


