Paytaxtda kütləvi dava olub.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Sabunçu qəsəbəsində baş verən hadisə zamanı 1992-ci il təvəllüdlü Ədilov Nicat Qalib oğlu və Süleymanov Elçin Hidayət oğlu bıçaqlanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.