Şirvan Şəhər Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı, əvvəllər də narkotiklərə görə məhkum olunmuş İmanxan Hüsenov saxlanılıblar.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən bildirir ki, həmin şəxslərin evlərinin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş ümumilikdə 96 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Şəhər məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.