İlkin Süleymanov həbs olunanda polis rəisi də məhkəmədə olub
“QORXDUM Kİ, GERİ QAYTARIB DAHA BETƏR GÜNƏ QOYARLAR”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

 

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxs vəkillərinin suallarını cavablandırıb.

 

İlkin Süleymanov məhkəmədə Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qaldığını deyib. Onun sözlərinə görə, həmin gün səhər evə qayıdarkən qonşular da onu görüb: “Noyabrın 21-i axşam bacımgilə getmişdim, gecəni də orda qaldım. Səhəri gün evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla da rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta dekabr ayında bir gün səhərdən gecəyə kimi, "Fidan" şadlıq sarayında olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən otaqda dəzgah var, atam həmin müddətdə orda dəfələrlə iş görüb”.

 

Vəkilin “Məhkəmədə həbs qətimkan tədbiri seçilən zaman nəyə görə işgəncə ilə ifadə verməyinizi demədiniz" sualına isə İlkin Süleymanov “Qorxdum ki, geri qaytarıb məni daha betər günə qoyarlar”, - deyə cavab verib.

 

İlkin Süleymanov barəsində həbs qətimkan tədbiri seçilən zaman rayonun o vaxtkı polis rəisi Şirzad Əsgərovun da məhkəmədə olduğunu deyib.

 

Proses iyunun 1-də davam etdiriləcək.

 

APA xatırladır ki, 2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

 

İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.