Gədəbəydə bazarda satıcılar arasında dava olub.
"Report"un məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.
Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.
M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.