Nazirliyin vəzifəli şəxsləri həbs olundu

Azərbaycanda vəzifəli şəxslər həbs edilib.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

Aparılan istintaqla Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq, yəni vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilən qanunsuz əməlləri ilə əlaqədar Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

"Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin bütün dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.