Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsini istəyir - İKİNCİ CƏHD

Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsi üçün məhkəməyə müraciət edib.

 

Lent.az-ın əldə etdiyi məlumat görə, sabiq Aparat rəhbəri bunun üçün ilk olaraq, Binəqədi Rayon Məhkəməsinə üz tutub. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini yerinə yetirməyib. V.Zeynalov daha sonra məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.

 

İddiada Vidadi Zeynalovdan başqa onun iki oğlu və bir qızı, həmçinin digər iki qohumu da iştirak edir.

 

Prosesdə qarşı tərəf isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.

 

Qeyd edək ki, V.Zeynalov 2015-ci ildə həbs olunub. 2019-cu ildə isə azadlığa buraxılıb. Vidadi Zeynalov həbsdə olarkən, istintaq dövründə onun dəyəri 43 milyon manat olan ümumilikdə 67 daşınmaz əmlakına məhkəmə tərəfindən həbs qoyulub. Sonradan isə onun 2009-u ilədək əldə etdiyi əmlakların üzərindən həbs götürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.