Şəmkir rayonunda iki qardaş kəsici alətlə özlərinə xəsarət yetiriblər.
Senzor.az-ın məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Qabar Həsənov və onun qardaşı, 1997-ci il təvəllüdlü Sərxan Həsənov qol nahiyəsindən kəsici alətlə özlərinə xəsarət yetiriblər.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Onların hansı səbəbdən özlərinə xəsarət yetirdikləri bilinmir. Yalnız bu məlumdur ki, hər iki şəxs hadisəni törədərkən sərxoş olub.
Faktla bağlı araşdırmalara başlanılıb.