Gəncə Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuna istunadən bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanılıb.
**09:30
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb.
Şəfayət adlı şəxs və onun həyat yoldaşı Rəna adlı qadın müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal zəruri tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.