Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkətinin əməkdaşı arasında insident olub.
Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir.
Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.
Hadisə yerində olan şirkət nümayəndəsi isə ora yalnız məlumat ötürmək üçün gəldiyini bildirib.
Söhbətin hansı şirkətdən getdiyini gizlədən şəxs indiyə qədər onun adınln heç bir yerdə çəkilmədiyini, lakin yaxın zamanlarda adının açıqlanacağını bildirib.