Bərdədə qonşusunu odlu silahla öldürən kişi sonra özü intihar edib.
Trend-in xəbərinə görə, hadisə rayonun Şatırlı kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü Hüseyinov Namiq İsmayıl oğlu qonşusu, 1988-ci il təvəllüdlü Hüseyinov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra N.Hüseyinov özünə odlu silahdan atəş açaraq intihar edib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.