Bakı Dövlət Univeristetinin (BDU) müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə BDU-dan məlumat verilib.
Məlumata görə, adıçəkilən müəllimin əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb. Müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.
Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.