"Hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var".
Senzor.az bildirir ki, bunu Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin böyük məsləhətçisi Günay Məmmədova deyib.
O bildirib ki, bu rəqəm Respublika Narkoloji Mərkəzinin statistikasına əsaslanır: "Onlardan 556-sı qadın, 7-si isə yetkinlik yaşına çatmayanlardır".