Paytaxtda 15 yaşlı qız itkin düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə iyunun 16-da paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Bayramova Xanım Səbuhi qızı saat 11 radələrində "Dədə Qorqud" parkına getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.