Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.
O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.
Əvvəl də qeyd etdiyimiz kimi, X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.
Həkim bu gün dəfn olunub.
**12:19
Paytaxtda məşhur həkim intihar edib.
Senzor.az-ın məlumatına görə, ötən gün 1984-cü il təvəllüdlü tanınmış ginekoloq-həkim Xalidə Məhəmməd qızı Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binaın 11-ci mərtəbəsindən atıb.
İki uşaq anası olduğu bildirilən X.Kəngərli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.