Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.
İlk qrupu aparan təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub.
Qeyd edək ki, ilk qrupda 180 nəfər var.
Builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957-ci il təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
“Report” xatırladır ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.